Ən böyük TƏHLÜKƏ

Müasir dünyada insanların böyük əksəriyyəti smartfonlardan asılıdır.
Bir saniyə də telefondan ayrılmayan insanlar var. Psixoloji problemlərlə yanaşı, smartfonlardan çox istifadə etmək fiziki sağlamlığa da ziyan vurur. Tədqiqatlar sübut edib ki, mobil telefonlardan çox istifadə etmək korluq, xərçəng xəstəliklərinə səbəb ola bilər.
Xərçəng riski radioaktivlik nəticəsində yaranır. Rəsmi olaraq mobil telefonların kanserogen vahidliyi təsdiqlənsə də, onların şüa verməsi davam edir. Artıq alimlər həyəcan təbili çalırlar. “Xiaomi”, “OnePlus”, “Nokia”, “Sony”, ZTE”, “Blackberry” və “Apple” brendləri tənqid edilir.
Gecə vaxtı smartfondan istifadə zamanı ekrandan gələn işıq görmə qabiliyyətini azaldır. Bir çoxları uzun müddət telefondan istifadə etməklə gözlərini yükləyirlər. Eyni zamanda uzun müddət telefonda qurdalanan insan danışıq qabiliyyətini də itirir. Ətraf aləmə reaksiya vermək çətinləşir və bu insanlar aqressivləşirlər. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, telefondan istifadəni məhdudlaşdırmaq lazımdır. Uşaqlar bir saat, böyüklər isə 3 saat telefondan istifadə edə bilərlər.
XALQ.AZ

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.