“Ən ümidsiz məxluqun belə xalqın sıralarına qayıtmaq imkanı var” – Mirşahin

mirshahin 060720

“Ünvanıma “nəsə” yazanların heç birinə cavab verməyin! Döyüşçülərimizin fədakarlığını, canfədailiyini qoyub belə söz-söhbətlərlə gündəmdə yeni istiqamət açmaq istəyən kəmfürsətlərə, qaragüruh tərkiblərinə şans verməyin! Onlar yalnız biz fikir verdikdə var olurlar!”.

XALQ.AZ-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

M.Ağayev qeyd edib ki, cəbhə birdir: “Bu gün qaragüruhçuluğun, hətta ən ümidsiz məxluqunun belə xalqın sıralarına qayıtmaq imkanı var! Düşmənə qarşı olmaqla! Və o düşmən biz deyilik! Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”