Ərdoğan: İqtisadi hesablaşmalarda milli valyutaya keçəcəyik

“Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq inkişaf edir”.
XALQ.AZ xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevlə birgə Ankarada keçirdiyi mətbuat konfransında deyib. Ərdoğan bildirib ki, iki dövlət arasında yeni layihələr mövcuddur. 

“Onların reallaşması üçün bütün addımlar atılacaq. Xüsusən, bu sahədə ən önəmlisi milli valyutalara keçid olacaq. Bundan əlavə, iyunun əvvəlində Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP təkcə Türkiyə ilə Azərbaycan arasında təbii qaz alqı-satqısına deyil, eyni zamanda, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. İzmir şəhərinin Əliağa rayonunda inşa edilən “Star” neft emalı zavodunun tikintisi isə yaxın vaxtlarda yekunlaşacaq. Zavodun açılış mərasimi bu ilin sentyabr-oktyabr aylarında baş tutacaq. Bununla da Azərbaycan Türkiyədə ən böyük investor olacaq”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.