Ərdoğan İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İrana səfərə hazırlaşır.

 

XALQ.AZ  xəbər verir ki, Ərdoğanın səfəri 7 sentyabr tarixinə planlaşdırılıb.

ABŞ ilə başlayan böhrandan sonra Rusiya və İran ilə yenidən sıx münasibət quran Türkiyə prezidenti qonşu İrana rəsmi səfərə hazırlaşır.

Ərdoğan Təbriz şəhərində Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani ilə görüş keçirəcək. Türkiyə prezident administrasiyasının xəbərinə əsasən, üç lider əsas Suriya mövzusu olmaqla bir sıra regional məsələni müzakirə edəcək.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.