Ərdoğan müxalifət liderinə hücumu pisləyib

XALQ.AZ  xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müxalif Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna edilən hücumu pisləyib.

“Təəssüf ki, əsgərimizin dəfn mərasimində Kılıçdaroğluna hücum edilib, etiraz skiyası şüddətə çevrilib. Xoşagəlməz hadisə yaşanıb. Şiddətə əsla bəraət qazandırmaq olmaz. Hadisə hərtərəfli araşdırılacaq”, deyə Ərdoğan “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Kılıçdaroğluna hücum Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib.

Mühafizəçiləri Kılıçdaroğlunu qorumağa çalışsa da, onun hücum edən onlarla insan onun baş nayihəsinə yumruqlar vurub. Kılıçdaroğlu kütlənin arasından çıxarılaraq, yaxınlıqdakı bir evə aparılıb. Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb.

Hücumla bağlı açılan cinayət işi çərçivəsində 9 nəfər saxlanılıb.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.