Ərdoğanla Putin Berlində görüşdü

Berlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

XALQ.AZ xəbər verir ki, görüşdə hər iki ölkənin nümayəndə heyətləri də iştirak edib.

Rusiya tərəfdən görüşə Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov, Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, eləcə də Müdafiə nazirinin müavini Aleksandr Fomin qatılıb.

Qeyd edək ki, bu gün Berlində Liviya ilə bağlı konfrans keçiriləcək.