Əbülfəs Qarayev müraciət etdi

Mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev inşaat sahsində çalışan sahibkarlardan tikinti aparılan ərazilərdə tarixi abidələrə diqqətli yanaşmağa çağırıb.

XALQ.AZ  xəbər verir ki, Ə.Qarayev bu çağırışını Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən “Milli irs mükafatı”nın təqdimetmə mərasimində çıxışı zamanı edib.

Ə.Qarayev deyib ki, bəzən tarixi mirasa laqeyd və hörmətsiz yanaşan insanlar olur: “Mən bütün biznes nümayəndələrindən, inşaatçılardan artıq dərəcədə xahiş etmək istəyirəm ki, hər hansı yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar. Üzümü o insanlara tuturam ki, yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq və mütləq düşünün ki, sizin tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, böyük inşaatçılar əziyyət çəkiblər. Onların dağıdılmasına imkan verməyin. Siz öz əməyinizlə keçmişə hörmətlə yanaşmalısınız. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz. Sizin tikdiyiniz bu abidələr 200 il sonra dağıdıla bilər”.

 

Elgün