Əbülfəs Qarayevin növbəti görüşü

Bu gün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ,AZ xəbər verir ki, nazir qonaqları salamlayaraq Özbəkistan-Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Sarvar Otomuradov Özbəkistanın turizm bazarı üçün Azərbaycanın prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə qarşılıqlı turist mübadiləsinin xüsusi əhəmiyyətini qeyd edib.

Əbülfəs Qarayev ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. turizm sahələrinin özbək turistlərini Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərinə cəlb edə biləcəyini bildirib.

Həmçinin nazir Özbəkistanın Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyət göstərdiyini və burada ölkəmizin mədəniyyəti ilə bağlı bir sıra tədbir və sərgilərin həyata keçirildiyini qeyd edib.

Elgün