Əflatun Amaşov APA-nın bağlanması haqda: “Təəssüf edirəm” – MÖVQE

“APA peşəsinə sadiq jurnalistlərin toplaşdığı yaradıcılıq məkanı idi. Onun fəaliyyətini dayandırması üzücüdur, təəssüf doğurur. Bu media qurumunda çalışmış həmkarlarımızı, dostlarımızı ruhdan düşməməyə çağırıram”.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Azəri-Press Agentliyi”nin (APA) fəalyyətini rəsmən dayandırdırmasına münasibət bildirərkən qeyd edib.

“Əminəm ki, jurnalistikamızın inkişafı naminə onlar özlərinin peşəkar fəaliyyətlərini davam etdirəcəklər. Hər birinə uğurlar arzulayıram. Bir daha təəssüf edirəm”, – deyə Ə.Amaşov bildirib.

“APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı bu gün bəyan edib ki, şirkətə daxil olan saytlar, o cümlədən APA İnformasiya Agentliyi fəalyyətini rəsmən dayandırıb.

 

 

Orxan