Əhalinin sayı azalır – Yaponiyada

Yaponiya hökuməti tərəfindən aparılan araşdırmalar təsdiq edir ki, bu ölkənin əhalisi azalmaqda davam edir. XALQ.AZ saytı NHK telekanalına istinadən xəbər verir ki, Ümummilli Məsələlər Nazirliyinin bu barədə yaydığı məlumatda ötən il oktyabrın 1-də ölkə əhalisinin sayının (əcnəbilər də daxil olmaqla) 126,7 milyon nəfər təşkil etdiyi bildirilir. Bu, əvvəlki ilin göstəricisindən 227 min nəfər azdır və yeddi ildir əhalinin fasiləsiz olaraq azaldığını təsdiq edir.

Ölkədə 61 milyon 650 min kişi və 65 milyon 50 min qadın var. Bunların 27,7 faizini 65 və daha yuxarı yaşlı sakinlər təşkil edir. On beş yaşınadək yeniyetmələrin sayı rekord səviyyədə azalaraq 12,3 faizə bərabər olub.

Əhalinin sayının azalması Yaponiyanın 47 prefekturasından 40-da qeydə alınıb.

 

Elgün