Əhməd Əhmədzadənin işçisinin “ölü canları“

11

 

Ağdam Suvarma Sistemləri İdarəsində dövlətin yüzminləri dağıdılır; Hafis Əzimzadə rəhbərlik etdiyi idarədə işçilərin adları özləri isə yoxdur…

Ağdam rayonundan PİA.AZ verilən məlumata görə rayonun Suvarma Sistemləri İdarəsinin müdiri Hafis Əzimzadə rəhbərlik etdiyi qurumu korupsiya yuvasına çevirib. Belə ki, hər il dövlətin yüzminlərlə manat vəsaiti müxtəlif yollarla mənimsənilir.

İdarə müdirinin maxinasiyaları ilə bağlı məlumat verən məlumatlı şəxs bildirir ki, rayon ərazisində Quzanlı, Qaravəli və Qasımbəyli kəndləri ətrafında olan drenlər 5 ilə yaxındır təmizlənmir. Amma Hafis Əzimzadə hər il bu drenlərin təmizlənməsi təmiri adı altında dövlətdən ayrılan yüz min manatlarla vəsaiti kitabdan kitaba salaraq öününküləşdirir.

Məlumatda bildirilir ki, Ağdam Suvarma Sistemləri İdarəsinin əsas işi kənd təsərüfatına yararlı ərazilərin suvarılması üçün istifadə edilən su kanlaarının istifadəsi təmiri və sair işləri həyata keçirməkdir. Ancaq idarə müdiri Hafiz Əzimzadə heç bir kanalın drenin təmizlənməsi, əkin sahələrinin su ilə təchizatını həyata keçirmək əvəzinə büdcədən ayrılan pulları mənimsəməkdir.

Məlumatda o da qeyd olunur ki, Hafiz Əzimzadə idarədə onlarla «ölü can» saxlayır və adı olan özü olmayan işçilərinin əmək haqqlarını öz cibinə qoyur. Məlumatlı şəxs bildirir ki, Suvarma Sistemləri İdarəsində 170 nəfər işçi işləyir. Ancaq həmin işçilərin 130 dan çoxu işə gəlmir, daha doğrusu adları idarədə gedir amma əmək haqqlarını Hafiz Əzimzadə alır.

Bunadan başqa məlumatda o da qeyd olunur ki, idarənin balansında olan texnikalar Erge deyilən ərzaidə xsusi təsərüfat sahibləri üçün iş görürlər və həmin texnikaların gördüyü işlərin pulunu Suvarma Sistemləri İdarəsinin rəhbərinə çatır.

Həmçinin o da qeyd olunur ki, Hafis Əzimzadə drenlərin təmizlənməsini sənədlərdə saxtalaşdıraraq dövlətdən ayrılan tonlarla yanacaq vəsaitlərinidə özünükünləşdirir.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…