Əhmədli qəsəbəsində bir ailə koronavirusa yoluxdu – VİDEO

Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində bir ailənin bütün üzvləri koronavirusa yoluxub.

Bu barədə məlumatı ATV kanalının aparıcısı Pərvin Əsgərli sosial şəbəkədə qeyd edib.

Həmin ailənin yaşadığı binanın qarşısında video çəkərək paylaşan aparıcı bildirib ki, ailənin hər üç üzvü – 30 yaşlı oğul və onun 63 yaşlı valideynləri virusa yoluxub.

Videodan məlum olur ki, ailə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.

XALQ.AZ