Əkrəm İmamoğlu rəsmən İstanbulun meri oldu

Bu gün İstanbulun Maltəpə rayonunda səslərin yenidən sayılmasının başa çatmasından sonra yekun protokol yerli seçki komissiyasına təhvil verilib.

Hakim AKP-nin və müttəfiqi MHP-nin İstanbul üzrə seçki nəticələrinin ləğv edilməsi barədə Ali Seçki Qurumuna verdikləri şikayətlərə baxmayaraq seçkilərin qalibi olan Əkrəm İmamoğlu bələdiyyə başqanı seçildiyi haqda mandatı almaq üzrədir.

Türkiyə KİV-lərinin xəbərlərinə görə CHP-nin İstanbul təşkilatına seçki komissiyasından Əkrəm İmamoğlunun mandatını alması üçün dəvət edildiyini bildiriblər. Bu dəqiqələrdə CHP-nin İstanbul təşkilatının rəhbəri Canan Kaftançıoğlu bir qrup tərəfdaşı ilə birlikdə İstanbul seçki komissiyasına gedib. O, yerli vaxtla saat 16.00-da İmamoğlunun mandatının veriləcəyini bildirib.

Qeyd edək ki, Türkiyədə 31 martda bələdiyyə seçkiləri keçirilib. İstanbulda seçkilərin nəticələrindən narazı qalan hakim Ədalət və İnkişaf Partiyası(AKP) səslərin yenidən sayılması üçün Ali Seçki Qurumuna müraciət etmişdi.

 

Orxan