Əkrəm İmamoğludan Xocalı paylaşımı

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tvitterdə paylaşım edib.

XALQ.AZ xəbər verir ki, İmamoğlu soyqırım qurbanlarına Allahdan rəhmət diləyib:

“Xocalıda qətlə yetirilən Azərbaycan Türkü qardaşlarımızı rəhmətlə anıram. Duamız odur ki, Allah bir daha belə acılar yaşatmasın”.

XALQ.AZ