Ələt-Şirvan dəmiryolu xəttində YANĞIN

Ələt-Şirvan dəmiryolu xəttində yanğın baş verib.
XALQ.AZ-ın məlumatına görə, saat 12.00 radələrində Ələt-Şirvan dəmiryolu xəttinin Şirvan ərazisində yolun kənarına yığılmış mazutlu şpallarda yanğın baş verib. Yanğına səbəb quru otun yanaraq şpallara keçməsi olub. Dəmir yolu xəttinə təhlükə yaransa da alovun qarşısını almaq mümkün olub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində iş aparır.