Əlcəzairdə təyyarə qəzası

Əlcəzairdə hərbi təyyarə qəzaya düşüb.

XALQ,AZ xəbər verir ki, təyyarənin Bufarik aeroportu yaxınlığında düşdüyü bildirilir.

 

“Əl-Ərəbiyə” telekanalı qəzaya səbəb kimi texniki nasazlığı göstərib.  Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb və yanmağa başlayıb.

 

Hərbi təyyarənin qəzaya düşdüyü ərazidən 247 hərbçinin cəsədi tapılıb. Bu barədə “Sky News Arabia” mənbəsinə istinadən məlumat yayıb.

 

 

Elgün