Əli Əhmədovun hökumətdə sosial sahə ilə məşğul olacaq

 

44

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin olunan Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədovun məsul olduğu sahə dəqiqləşib.

YAP icra katibinin müavini Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, Ə. Əhmədov baş nazirin müavini kimi hökumətdə sosial sahələrə nəzarət edəcək. Yeni müavinlərin vəzifə bölgüsü Nazirlər Kabinetində ötən gün keçirilən toplantıda müəyyənləşib.