Əli Əhmədovun oğlu koronavirus xəstələrini müalicə edir- FOTO

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fikrət Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləyir.

XALQ.AZ xəbər verir ki, o, könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləmək istəyərkən buna icazə verilməyib.
Həkim buna icazə verilməyəcəyi təqdirdə, işdən çıxmaq üçün ərizəsini yazacağını bildirib.

Daha sonra onun könüllü işləməsi üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, F.Əhmədov Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun oğludur.