Əli Əsədovan iki mühüm qərar

Nazirlər Kabineti Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən edib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən olunub.


Nazirlər Kabineti aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair qərarı təsdiq edib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50 faizi həcmində, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə sığorta haqqının 50 faizi həcmində və akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi həcmində təsdiq edilib.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.