Əlillərlə bağlı qanun dəyişdirilir

Bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil ediləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 24.5-ci maddəsində öz əksini tapıb. Qanun layihəsində qeyd edilib ki, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlilliyi olan şəxslərin “Əmək pensiyaları haqqında” qanuna əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil edilir.

 

 

Orxan