Əlilliyi olanlarla bağlı yeni qanun

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
XALQ.AZ-ın məlumatına görə, yeni qanun layihəsi 8 fəsil 40 maddədən ibarətdir.
Qanun layihəsində inklüziv təhsilin (əlilliyi olan şəxslərin təhsil müəssisələrində digərləri ilə birgə təhsil alması), əlilliyi olan şəxslərin abilitasiyası (onların mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşaması), əlillərlə bağlı yeni dövlət proqramının hazırlanması, əlilliyi olan şəxslərin dövlət təşkilatlarında işlə təminat üçün kvotaların ayrılması və sair məsələlər yer alıb.
Layihə müzakirə olunduqdan sonra komitə sədri Hadi Rəcəbli bildirib ki, bu, ilk oxunuş-konseptual oxunuşdur və üzərində müəyyən işlər görüləcək.
Layihə ilk oxunuşda plenar iclasa tövsiyə olunub.

Rəsul