Əməkdar artistə qızından sürpriz

A-1

Bu gün əməkdar artist Aybəniz Haşımovanın doğum günüdür.

XALQ.AZ-ın məlumatına görə, sənətçinin yeganə qızı olan Aynişan Quliyeva gecə saat 00:00 olan kimi anasına sürpriz edib. Gənc xanım anası üçün şarlarla yığdırdığı “Aybəniz” yazısını və çiçək dəstəsi hədiyyə edib. İfaçını təbrik etməyə gələnlərin sırasında Aybəniz xanımın tələbələri də olub. Aynişan anasını təbrik edən zaman çəkilən şəkilləri İnstagram səhifəsində paylaşıb və fikirlərini bildirib:

“Arxaya dönüb baxdığımda görürəm ki, çox çətinliklərdən keçmişəm. Amma başı uca keçmişəm. Niyə? Çünki mənim belə anam var. Doğum günün mübarək anam, 100 yaşa”.

A-2