Aktiv və passiv seçki dairələri açıqlanıb

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə (səsvermə başlayan andan-saat 08:00-dan saat 12:00-dək) ən aktiv və passiv seçki dairələri açıqlanıb.

XALQ,AZ xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, seçicilərin aktiv olduğu seçki dairəsi 51 saylı Qusar seçki dairəsidir.

Bu seçki dairəsidə 46 min 600 seçicidən 20 min 775-i (44.58%) artıq səsvermədə iştirak edib.

O bildirib ki, passiv seçki dairəsi isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir:

“Burada qeydiyyatda olan 40 min 068 seçicidən 10 min 271 (25.63) nəfəri səsvermədə iştirak edib”.

 

Elgün