Ən kasıb prezidentə rəqib çıxdı (FOTO)

Pr-1

Dünyanın ən kasıb dövlət başçısı olaraq tanınan Uruqvayın prezidenti Xose Mujikaya rəqib çıxıb.

Xalq.az-ın xəbərinə görə, prezident olmasına baxmayaraq, kasıb həyat tərzi yaşayan Uruqvay prezidenti Xose Mujikadan da başqa belə bir dövlət liderinin olduğu məlum olub. Belə ki, fevralın 11-i and içərək vəzifəsinə başlayan Nepalın baş naziri Suşil Koyrala varlı bir ailənin üzvü olsa da, atasından qalan mirası rədd edərək, hər şeydən uzaq bir həyat yaşamağı seçib.

Koyralanın rəsmi internet saytında açıqladığı əmlak siyahısında sadəcə 3 ədəd mobil telefonu qeyd edilib. Bu telefonlardan biri “iPhone” markalıdır, digər ikisi isə işləmir.

Dünyanın ən kasıb prezidenti kimi tanınan Mujika ilə yanaşı, Koyralanın da belə bir davranış göstərməsi onların gənclik illərində yaşadıqları hadisələrlə əlaqələndirilir.

Pr-2

Pr-3