Ən yüksək seçici fəallığı Qusarda

XALQ,AZ xəbər verir ki, Prezident seçkilərində saat 12:00-dək ən yüksək seçici fəallığı 51 saylı Qusar seçki dairəsində qeydə alınıb. Seçkilərin ilk dörd saatı ərzində dairədə qeydə alınmış seçicilərin 44,58 faizi səsvermədə iştirak edib. Xəbər verilir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin saat 12:00-a olan məlumatına görə, dairə üzrə səsvermə hüququ olan 46 min 600 seçicidən 20 min 775-i səs verib.

Şimal bölgəsinin digər dairələrində də seçici fəallığı yüksəkdir. Saat 12.00-dək 52 saylı Quba seçki dairəsində seçicilərin 43,87, 56 saylı Xaçmaz kənd seçki dairəsində isə 44,16 faizi səsvermədə iştirak edib.

Xatırladaq ki, saat 12.00-a olan məlumata əsasən, respublika üzrə seçicilərin 2 milyon 93 min 343 nəfəri səs verib. Bu da prezident seçkilərində qeydə alınmış seçicilərin 39,39 faizinə bərabərdir.

 

Elgün