Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Milli Məclisə keçirilən seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığının qeydə alındığı dairələrin adları açılanıb.

XALQ.AZ xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək seçki dairəsidir.

56 saylı Xaçmaz kənd seçki dairəsində seçicilərin 21,03 faizi (37 min 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsində isə 21,03 faizi (46 min 225 seçicidən 9864 nəfər) saat 10:00-dək səs verib.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2% (30 min 534 seçicidən 352 nəfər) olub.