Ənvər Seyidəliyevin “Yol əhvalatı”

58

 

Ağsu şəhərinin daxili yollarının əsaslı təmiri üçün ayrılan 800 min manatın yarım milyonundan artığı mənimsənilib

 

 
Bu azmış kimi Ənvər Seyidəliyev kəndlərarsı daxili yolların təmir edilməsi adı altında rayonun daxili büdcəsindən 12 saylı Yol İstismar İdarəsinə 600 min manat vəsait ayırıb və həmin vəsaitin taleyi bəlli deyil.
Ağsudan rayonun icra başçısı Ənvər Seyidəliyev və keçmiş bələdiyyə sədri Aqil Niftəliyev haqqında elektron poçtuna şikayət məktubları gəlməkdə davam edir. Saytımıza daxil olan məlumatda qeyd olunur ki, Ağsu şəhər Bələdiyyəsinin keçmiş sədri Aqil Niftəliyev icra başçısı Ənvər Seyidəliyevin “xeyir duası” ilə 12 saylı Ağsu rayon Yol İstismar İdarəsinin müdiri təyin olunduqdan sonra ikili dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəyib.
Məlumatda bildirilir ki, bir neçə aydır 12 saylı Ağsu rayon Yol İstismar İdarəsinin müdiri vəzifəsini icra edən Aqil Niftəliyev, bələdiyyədə olduğu kimi burada da burda da böyük maliyyə maxinasiyaları həyata keçirir. Keçmiş bələdiyyə sədri 12 saylı Yol istismar İdarəsinə ayrılan yanacaq, mal-materiala dövlətin ayırdığı vəsaitləri mənimsəməklə yanaşı, həmçinin dayanmadan dövlətin asfaltını və çınqıl, qum materiallarını müxtəlif özəl şirkətlərə satır. İdarə müdiri 10 ton  asfalta 800 manat, bir maşın çınqıla 70, quma isə 120 manat qiymət qoyduğu bildirilir.
Amma  Aqil Niftəliyevin son bir neçə ay ərzində həyata keçirdiyi ən böyük maliyyə mənimsəməlri Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə birlikdə həyata keçirdiyi ümumilikdə təqribən 1 milyon yarım vəsait sərf olunan iki layihə olub. İdarə müdirinin və icra başçısının iki layihədən 1 milyondan artıq mənimsəməyə yol verdiyi iddia olunur. Belə ki, 3 ay öncə Ağsu şəhərinin daxili yollarının yenidən çəkilməsi üçün dövlət büdcəsindən ayrılan 800 min manat vəsaitin təqribən 70 faizi silıinərək mənimsənilib. Mənəbə iddia edir ki, sənədlərdə əsaslı təmir olunan Ağsu şəhər daxili yollarının bəzi yerlərinə ancaq «yamaq» vurulub və yarım milyondan artıq dövlət vəsaiti bu yolla silinib və Ənvər Seyidəliyevlə Aqil Niftəliyevin cibinə axıb.
Bundan başqa Ənvər Seyidəliyev kəndlərarsı daxili yolların təmir edilməsi adı altında rayonun daxili büdcəsindən 12 saylı Yol İstismar İdarəsinə 600 min manat vəsait ayırıb. Həmin vəsaitin hara yox olması haqqında isə rayonda və icra hakimiyyətində ancaq dedi-qodular gəzir. Belə ki, rayonda gəzən dedi-qodulara əsasən Ənvər Seyidəliyea rayonunun daxili büdcəsindən ayırdığı həmin vəsaiti tamamilə nəqdləşdirirək tək başına mənimsəyib.
Qeyd edək ki, bu məsələ ilə bağlı 2 ay əvvəl məlumat verilmişdi.Daxil olan məlumatda bildirilirdi ki, Aqil Niftəliyevin vasitəsi ilə mənisənilən 600 min manatın hara xərclənməsini heç özü də göstərə bilməz. Çünki sənədlərdə təmir olunan həmin yollar xaraba vəziyyətdədir.
Daxil olan məlumatda qeyd olunur ki, hazırda Aqil Niftəliyev mənimsədiyi dövlət vəsaitləri ilə Ağsu şəhərində ticarət obyekti tikdirməklə məşğuldur. Bələdiyyə sədri işlədiyi dövrdə Ağsu şəhərinin ən yaxşı yerlərini qeyri qanuni yolla ələ keçirən Aqil Niftəliyev indi həmin torpaqlarda özünə obyektlər inşa etdirir.
Xatırladaq ki, ötən həftə bir qrup Ağsu sakini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət imzalamışdılar. Dərc olunan həmin müraciətdə şikayətçilər Aqil Niftəliyevin Ağsu şəhər bələdiyyə sədri vəzifəsində işlədiyi zaman korrupsiya yolu ilə əldə etdiyi vəsaitlərdən, obyektlərdən və onun Ağsuda vəzifədə olan qohumlarının özbaşınalıqlarından bəhs olunurdu.
Onu da qeyd edək ki, Ağsu şəhərində yeni inşa edilən və milyonlarla manat vəsaitin xərclənməsinə baxmayaraq, istifadəyə yararsız olan kanalizasiya sisteminin inşası zamanı Aqil Niftəliyevlə Ənvər Seyidəliyevin həyata keçirdiyi maliyyə maxinasiyaları ilə bağlı növbəti yazımızda ətraflı məlumat verəcəyik.Pia.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…