“Ərə gedəcəyim şəxs arvadından boşanıb” – Açıqlama

XALQ,AZ xəbər verir ki, aktrisa Ülviyyə Əliyeva nişanlanıb. Aktrisa gələcək həyat yoldaşı haqqında yalan yazılan xəbərlərdən danışıb: “Bəzi xəbər saytları gələcəkdə evlənəcəyim bəy haqqında yalan informasiyalar yazırlar. Amma bu haqda özüm ətraflı məlumat vermək istərdim ki, Manaf Muxtarov adlı bəylə iyun ayının 18-də ailə quracam. Toyumuz 1 dəfə Bakıda baş tutacaq. Bəzi xəbər portallarının yazdığı kimi el şənliyimiz Moskvada olmayacaq. Doğrudur, Manaf bəy Rusiyada yaşayır. Amma biznesmen deyil. Sadəcə olaraq, təşkilatçıdır. M.Ağayev mənimlə ailə qurduqdan sonra Azərbaycana köçəcək”.

Ülviyyə xanım Manaf Ağayevin şəxsi həyatı haqqında da söz açıb: “Manaf bəyin mənim kimi ikinci evliliyidir. Birinci xanımı ilə yola getmədiyinə görə ayrılıb. Hər kəsin başına gələn hadisədir”.

Elgün