Ərdoğan Afrin üçün göstəriş verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Zeytun Budağı Hərəkatının 6-ci günündə döyüş bölgəsi sərhədinə – Hataydakı Hərəkat Mərkəzinə gedib.

TXALQ.AZ əbər verir ki, Ərdoğan, Hərəkat Mərkəzindəki 2-ci Ordu Komandanı General-polkovnik Temel və digər hərbi rəsmilərdən məlumat alıb.
Sərhəddə Zeytun Budağı hərəkatı bağlı bəyanatlar verən Ərdoğan, “Əməliyyat terrorçuları təmizləmək üçün aparılır. Afrin, terrordan təmizlənəndə yerli sakinlərinə təslim ediləcək. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur. Afrin hərəkatı nəticə alana qədər davam edəcək”. deyib.