Ərdoğan avtobus sürdü

1

 

Baş nazir İstanbulun tıxac probleminin müvəqqəti olduğunu dedi

Türkiyə baş naziri avtobus sürdü. ANS PRESS Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul şəhəri üçün alınan 758 avtobusun istismara verilməsi mərasimində Rəcəb Tayyip Ərdoğan iştirak edib. Baş nazir yeni alınan avtobusların birini özü sınaqdan keçirib.

Mərasimdə Ərdoğan İstanbulun tıxac probleminin müvəqqəti olduğunu və şəhər bələdiyyəsi ilə birlikdə bu istiqamətdə ciddi tədbirlər gördüyünü deyib.