Ərdoğan Azərbaycan xalqını TƏBRİK etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayıb.
Bu barədə Xalq.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.
İlham Əliyev diqqət və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlıq edib və qarşılıqlı olaraq, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətilə təbrik edib, qardaş ölkəyə və onun prezidentinə ən xoş arzularını ünvanlayıb.