Ərdoğan azərbaycanlı idmançıya: “Səni doğan anaya halal olsun” – VİDEO

İyulun 10-da Bakıda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şəhidlər xiyabanına ziyarəti zamanı maraqlı anlar yaşanıb.
AZXEBER.COM xəbər verir ki, burada kikboks üzrə 9 qat Dünya Cempionu, 3 qat Avropa Cempionu, Fövqəladə Halar Nazirliyinin əməkdaşı, mayor Araz Musayev Ərdoğanla görüşüb. İdmançı bildirib ki, Azərbaycan və Türkiyə uğrunda şəhid olmağa hazırdır: “Bax gördüyünüz bu xiyaban ki var, sizin bir əmrinizlə burada yatmağa hazıram”.
Səmimi şəraitdə keçən görüş zamanı Ərdoğan azərbaycanlı idmançıya: “Səni doğan anaya halal olsun, ona salam söylə” deyərək, ehtiramını ifadə edib.
Həmin görüntüləri təqdim edirik:
Azər Niftiyev