Ərdoğan Nurməhəmmədovla görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İstanbul 3-cü Hava Limanının açılış mərasimində dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovla da görüşüb.

XALQ.AZ xəbər verir ki, o, Nurməhəmmədovla qısa söhbət də edib və əlini sıxaraq təşəkkürünü bildirib.

Həbib Türkiyə prezidenti ilə görüşdən olan fotonu sosial şəbəkə hesabında da paylaşıb və Ərdoğan həmin fotonu bəyənib.

Qeyd edək ki, H.Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda irlandiyalı rəqibi Konor Makqreqora qalib gələrək, bütün diqqətləri öz üzərinə çəkmişdi. Ailəsini və dinini təhqir edən Konoru rinqdə yerə sərməsi ilə isə hər kəsin sevgi və rəğbətini qazanmışdı.

Açılışa həmçinin dünyanın müxtəlif yerlərindən gələn 50-dan çox yüksək vəzifəli qonaq iştirak edib.

 

 

Orxan