Ərdoğan Putinlə telefon danışığı keçirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib. 

XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, prezidentlər ikitərəfli əlaqələri və regional gündəmdə olan məsələləri müzakirə ediblər. 

Müzakirə zamanı Ərdoğan qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında icar etdiyi “Barış Pınarı” əməliyyatı terrorla mübarizəyə, Suriyanın ərazi bütövlüyünün qorunmasına və bu ölkədə siyasi tənzimləmə prosesinə  töhfə verəcək.