Ərdoğan siqaret çəkən məmuru danladı

Ərdoğan siqaret çəkən məmura yaxınlaşaraq ona öz iradını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra məmurları üçün keçirilən tədbirdə nahar fasiləsi zamanı siqaret çəkən məmura yaxınlaşaraq ona öz iradını bildirib.

Siqaret və spirtli içkiyə qarşı xüsusi mənfi münasibətilə tanınan Ərdoğan məmurdan siqaret qutusunu alaraq bir daha zərərli vərdişdən istifadə etməməsini tapşırdı.

Ərdoğan 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Siqaretə qarşı Beynəlxalq Mübarizə Xüsusi Medalı” ilə təltif olunub.

 

 

Orxan