Ərdoğan: “Türkiyə borcuna sadiqdir”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxış edən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Türkiyə borcuna sadiqdir, yetər ki, işi pəhriz borcuna çevirməsinlər” deyib.

XALQ.AZ xəbər verir ki, partiyanın toplantısında çıxış edən Ərdoğan çıxışı bir sıra mühüm məsələləri qabardaraq önəmli mesajlar verib.

Ərdoğanın çıxışından bildirib: “Partiyamızın daha uzun illər millətimizə xidmət etməsini təmin etmək istəyirik. Bu baxımdan bayrağı gənclərə verməyə çalışırıq.

Gənclərimizin bu əmanətə layiqlə sahib çıxacağına inanıram. Əmanət hissinin kökündə iman dayanır. İman varsa o zaman əminlikdən və əmanətdən danışmaq olar. 16 Aprel Xalq səsverməsi və 24 İyun seçkiləri millətimizlə aramızda olan güclü münasibətləri bir daha görməyimizə səbəb oldu. Türkiyənin tarixində ən böyük iqtisadi hücumlara məruz qalmasına baxmayaraq, vəziyyəti iki aya ələ ala bildik. Türkiyə borcuna sadiqdir. Yetər ki, onu pəhriz borcuna çevirməsinlər. Belə olan təqdirdə konusları dəyişərik”.

 

 

Orxan