Ərdoğan və Merkel Suriyanı müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel aralarında telefon danışığı olub.

XALQ,AZ xəbər verir ki, məlumata əsasən, tərəflər danışıqlar zamanı ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Dialoq zamanı ABŞ, Böyük Britaniya və Fransanın Suriyada kimyəvi silahın işlədilməsindən sonra əməliyyatları müzakirə olunub.

Liderlər Suriyanın ərazi bütövlüyünün qorunmasının, həmçinin ölkədə siyasi nizamlanma prosesinin irəliləyişini təmin etmək üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar.

Elgün