Ərdoğan və Putinin görüşəcəyi tarix açıqlandı

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yanvarda 23-də Moskvada görüşəcək.

XALQ.AZ  xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Putinlə çərşənbə günü – yanvar 23-də görüşəcəklər.

Liderlər iki ölkə arasındakı münasibətlər, eləcə də, Suriyadakı vəziyyət və Ankaranın Moskvadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı müqaviləni müzakirə edəcəklər.

 

Orxan