Ərdoğana mahnı həsr etdilər – Video

Yazıçı və tərcüməçi Turqay Evrən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mahnı həsr edib.

XALQ.AZ  xəbər verir ki, “Erdoğan, A Tall Man” (Ərdoğan, uzun adam) adlı mahnı AKP-nin (Ədalət və İnkişaf Partiyası) sosial media hesablarında paylaşılıb.

“Ərdoğanın həyatını və məzlumlar üçün verdiyi mücadiləni bütün dünyaya nümayiş etdirən ingiliscə mahnımızı bəyənməyinizi diləyirəm”, – mahnının müəllifi sosial media hesabında yazıb.

Mahnının klipində Ərdoğanın gəncliyindən və siyasi karyerasından fotolar yer alıb.

Orxan