Ərdoğandan 47 generalla bağlı – Qərar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 47 generalı təqaüdə göndərib, 40 polkovnikə isə general rütbəsi verib.

XALQ.AZ Teleqraf.com-a istinadən xəbər verir ki,  dünən Türkiyə prezidentinin sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın (AHŞ) qərarları məlum olub.

Qərara əsasən 14 general və admirala bir pillə yüksək rütbə verilib. Eləcə də 40 polkovnikə general rütbəsi təqdim olunub. Təqaüd yaşında olan 14 general və admiralın xidmət müddəti daha bir il uzadılıb. Həmçinin 313 polkovnikin də xidməti müddəti 2 il artırılıb. 1 general yaş həddinə görə sentyabrın 1-dən, 47 general və admiral isə 30 avqust tarixindən təqaüdə göndərilib.

Buna qədər 242 general və admiralı olan Türk Silahlı Qüvvələrində hazırda 233 general və admiral var.

 

Orxan