Ərdoğandan Fransanın qərarına – SƏRT REAKSİYA

Fransa prezidentinin Mənbicdə olan kürd özünümüdafiə qüvvələrinə hərbi yardım göndərməsi qərarı Ankaranın ciddi narazılığına səbəb olub.

XALQ,AZ xəbər verir ki, rəsmi Ankara Suriyanın  Mənbic bölgəsində olan  PKK ilə əlaqələli silahlı birləşmələri terrorçu qruplaşmanın üzvləri hesab edir.

“Qeyd etmək istərdim ki, Fransanın tam yanlış mövqe tutmasına təəssüflənirik, hesab edirik ki, bu anlaşılmazlıq nəticəsində baş verib. Mən Makronla şəxsən danışmışam, söhbət zamanı əmin oldum ki, qəribə şeylər barədə danışır. Onun  dedikləri ilə tanış olduqdan sonra, ona nə düşündüyümü ifadə etdim, hətta bir qədər yüksək tonda bildirdim”

Türkiyə baş nazirinin müavini Bekir Bozdağ isə məsələyə daha kəskin münasibət bildirib.  O “Twitter” hesabında bildirib ki, terrorçulara yardım göstərəcək istənilən qüvvə, Türkiyə zərbələrinin qanuni hədəfi hesab olunacaq.

Xatırladaq ki, Fransa hökuməti bundan əvvəl də, 2016-cı ildə İŞİD-ə qarşı əməliyyatlar aparılan zaman Mənbicdə savaşan kürd yaraqlılara hərbi yardım göndərmişdi.

 

Elgün