Ərdoğan,Gül və Yanukoviç İlham Əliyevi təbrik etdilər

 

 

24

Türkiyə prezidenti Abdulla Gül İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Anadolu” Agentliyinin verdiyi məlumata görə, İ. Əliyevlə telefonla danışan A. Gül seçkilərinin nəticəsi ilə əlaqədar təbriklərini çatdırıb.

Azərbaycan dövlət başçısı təbrikə görə məmnun olduğunu bildirib, ilk xarici səfərini yaxın vaxtlarda Türkiyəyə edəcəyini söyləyib (APA).

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycan prezidentini yenidən bu posta seçilməsi münasibətilə təbrik edib. Azərbaycan prezidenti ilə telefonla danışan baş nazir təbriklərini çatdırıb, uğurlar arzulayıb.

 


Oktyabrın 9-da Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Viktor Yanukoviç dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik etmiş, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.