Ərdoğanla Putin görüşəcək

Rusiya və Türkiyə prezidentləri sentyabrın 17-də yenidən görüşəcəklər.

XALQ.AZ xəbər verir ki, görüşün detalları barədə danışan xarici işlər naziri Mövlud Çavuşoğlu Putinlə Ərdoğanın Suriyanın İdlib vilayətində yaranmış vəziyyəti müzakirə edəcəklərini deyib.

“İdlibdə vəziyyət çox ağırdır. Biz dinc sakinlərə qarşı hücumları dayandırmağa çalışırıq”.

Görüşün hansı formada keçirilməsi ilə bağlı suala cavab verməyən Çavuşoğlu görüşün Soçidə baş tutacağını əlavə edib.

 

 

Orxan