Əsəd düşmənlərinin orqanlarını satdırırmış

Besher Esed

 

Suriyanın baş naziri Vael əl Xəlqi ay yarım əvvəl Türkiyənin “Ulusal” kanalına açıqlama verib.

Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, baş nazir Türkiyə və İordaniyada olan düşərgələrdə suriyalı qaçqınların orqanlarının oğurlandığı və satıldığını iddia edib.

Ancaq bu gün yaşanan hadisələr göstərir ki, Suriyada Əsəd tərəfindən vurulan müxaliflərin daxili orqanlarını satan birja əmələ gəlib. Fərqli qıymətlər və fərqlı şəxslərin istəklərini qarşılayan bu proyekt bu günə qədər minlərlə müxalifətçi orqanlarının satışını təşkil edib.

Qurbanların orqanlarının Rusiya, İordaniya, İran və Şimali Koreyada satıldığı iddia olunur.

Orqan mafiyasında baş rolda olanlar arasında hərbi həkimlər də var. Azad Suriya Ordusunun kəşfiyyat birliyi “Əs Savari”nin verdiyi məlumata görə, cərrahi əməliyyatlar Şamda olan 601 hospitalda həyata keçir. Orqanlar yüksək qiymətə satılır. Kəşfiyyatçılar qeyd edib ki, hətta öz əskərləri belə yaralananda müalicə etdirmir və dərhal ölüm elanı verirlər.

Orqan mafiyasından 1 milyard dollar gəlir əldə olunduğu bildirilir.