Əsli Kazımova:“Gələcəyimiz sizin əllərinizdədir”

“Gənclərin öz ayaqlarının üzərində durması və sosial təminatına nail olmaq mənim üçün prearitet məsələlərdən biridir”. 

XALQ.AZ-ın verdiyi xəbərə görə, bu sözləri  Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən  namizədliyini irəli sürdüyü Əsli Kazımova  seçki kampaniyası çərçivəsində Beyləqan rayon gəncləri ilə görüş zamanı deyib.

“Gənclərin müstəqil Azərbaycanın gələcəyi”, olduğunu vurğulayan Əsli Kazımova bu gün ölkə rəhbərliyinin gənclər programı altında həyata keçirilən layihələrdən, dünya standartlarına uyğun olaraq, “könüllülük” programlarından söz açaraq, onların hər birinin ölkə, vətən və xalq üçün nə qədər yararlı ola biləcəyi haqqında geniş fikir mübadiləsi aparıb.

İmişli və Beyləqan rayon  gənclərinin istər təhsil, istər idman, istər incəsənət sahəsindəki uğurlarını bundan sonra izləyəcəyinə söz verən Əsli Kazımova, rayon gənclərinin sosial təminatının gücləndirilməsi məsələsinin müsbət nəticələnməsinə nail olmaq adına çalışacağını diqqətlərə çatdıraraq, onların səsinin  xarici universitetlərdən gəlməsinə dair dövlət programının imkanlarından danışıb. Gənclərin Vətənpərvər, hüquqmüdafiəçisi və elmli yetişməsi üçün dövlət tərəfindən edilən real yatırımlardan bəhs edən Əsli Kazımova bu gün Azərbaycanda çalışqan, bilikli və kreativ fikirli gənclər üçün hər bir şəraitin mövcudluğunu dilə gətirib.

“Rayon gəncləri mənim dostumdur” deyən Əsli Kazımova bundan sonra hər bir gəncin təhsil və fəaliyyəti ilə xüsusi maraqlanacağını bildirərək, gənc qızların öz ayaqları üzərində dura bilməsi adına, dövlət tərəfindən sosial təminat imkanları ilə bərabər “can təhlükəsizliyi” və “gələcək həyat”sığortası imkanlarına sahib olmaları adına xüsusi çalışmalar həyata keçirəcəyini bildirib.

Yenicə 18 yaşı tamam olan gənclər, seçkidə iştirak hüququ qazanmalarından istifadə edib, səslərini Əsli Kazımovaya verərək, gərçəkdən də Əsli Kazımovanın dostları olduqlarını sübut edəcəklərini bildirib.


Əsli Kazımova hər bir gəncə öz təşəkkürünü bildirərək, “Gələcəyimiz sizin əllərinizdədir!” -deyib.