Əzimzadənin iş birliyi

42

 

Hafiz Əzimzadə Ağdam Suvarma Sistemləri İdarəsinə dövlətdən ayrılan vəsaitləri saxta sənədlər əsasında mənimsəyir

 

 
Ağdam rayonundan  daxil olan məlumata görə Suvarma Sistemləri İdarəsinin müdiri  Hafiz Əzimzadə adı çəkilən qurumu əməli başlı korrupsiya yuvasına çevirib.
Daxil olan məlumatda göstərilir ki, Ağdam Suvarma Sistemləri İdarəsinin balansında 365 km suvarma kanalı, 27 km dren-kollektor, 130 hidrotexniki qurğu, 4 suyığıcı göl, 11 kəhriz və çoxlu sayda qaynama suları aiddir.  Bütün bu kanalları, kollektor və hidrotexniki qurğuları, həmçinin digər obyektləri saxlamaq və təmir etmək məqsədi ilə hər il dövlət Ağdam Suvarma Sistemlərinə külli miqdarda vəsait ayırır. Lakin məlumatda qeyd olunur ki, hər ay yüz min manatlarla vəsait saxta sənədlər əsasında idarə müdiri Hafiz Əzimzadə, rayon rəhbərliyi və həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin vəzifəli şəxsləri tərəfindən mənimsənilir.
Qeyd olunur ki, idarənin balansında olan müxtəlif texnikalar idarə müdiri Hafiz Əzimzadə tərəfindən özəl şirkətlərin və sahibkarların sahələrində müxtəlif işlərə cəlb olunur və bundan əldə olunan gəlirlər sənədləşdirilmədən mənimsənilir.
Daxil olan məlumatda qeyd olunur ki, idarə müdirinin əsas qazanc mənbələrindən biri adı olan özü olmayan işçilərin adlarına alınan əməkhaqqlarıdır. Bundan başqa Suvarma Sistemləri İdarəsinin müdiri Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdamdakı digər idarəsi olan Melioservis İdarəsinin rəisi İslam Sarayevlə birlikdə il boyu dövlət büdcəsindən külli miqdarda vəsait silirlər. İdda olunur ki, Suvarma Sistemləri İdarəsinin Melioservis idarəsinə verdiyi işlər əslində formal xarakter daşıyır. Belə ki, rayonda iriqasiya işlərinin görülməsinin sifarişçisi olan Suvarma Sistemləri idarəsi podratçı olan Melioservis idarəsinin adına il boyu saxta forma 2 yazdırır. Yəni idarə müdiri Hafiz Əzimzadə  sənəddə adı olan özü olmayan işlərə görə il boyu İslam Sarayevin idarəsinə yüz min manatlarla vəsait köçürür və sonradan həmin vəsait nəqdləşdirilərək bölüşdürülür.
Bundan başqa göstərilir ki, Suvarma Sistemləri İdarəsinin balansında olan kanalların, drenlərin və hidro qurğuların il boyu cari təmiri, tikintisi işlərindən böyük miqdarda vəsaitlər mənimsənilir. Belə ki, drenlərin və kanalların cari təmiri üçün dövlət büdcəsindən ayrılan vəsaitlər idarə müdiri tərəfindən silinərək mənimsənildiyi qeyd olunur. Son bir ildə kanallar, drenlər  və hidro qurğular  görüntü olaraq təmir olunub. Hazırda isə həmin kanalların, drenlərin və hidroqurğuların böyük əksəriyyəti bərbad vəziyyətdədir.Pia.az
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…