Əziz Qaralov: “Sürüşmə baş verən ərazidə yaşayış evləri yoxdur”

“Sürüşmə baş verən ərazidə yaşayış evləri yoxdur”.

XALQ.AZ “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə baş verib.