​Məmmədyarovla erməni nazirin görüş vaxtı açıqlandı

Cari ilin 22 sentyabr tarixində Nyu-York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

XİN-in Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, ertəsi gün, 23 sentyabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.