100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

“2007-ci illə müqayisədə hakimlərin sayı 2 dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institusional tədbirlər də görülüb”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin son dövrlər korrupsiyaya və neqativ hallara qarşı mübarizənin gücləndiririlməsi ilə bağlı verdiyi tapşırıqlar, tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb.

“Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan artıq hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”.

 

 

Orxan