“102”nin şikayət etdiyi şəxs danışdı – Video

“102” xidmətinə həddindən artıq şikayət etməsinə görə ona zəng edən polislə səs yazısı yayılan Lerikin Günəşli kənd sakini Elxan adlı şəxs açıqlama verib.

XALQ.AZ xəbər verir ki, “Space” TV-də yayımlanan “Olar olmaz” verilişinə danışan Lerik sakini nəyə görə çox şikayət etməsindən bəhs edib.

O bildirib ki, il ərzində “102” xidmətinə etdiyi şikayətlərin sayı 200-dən yuxarıdır. O, 57 şikayətin təkcə Bakı üzrə olduğunu bildirib.


XALQ.AZ